Image

Nazir sabiq baş həkimə VƏZİFƏ VERDİ - FOTO

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevə Səhiyyə Nazirliyində vəzifə verilib.   BAKU.WS unikal-a istinadən xəbər verir ki, bununla bağlı nazir Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Rauf Nağıyev Səhiyyə Nazirliyinin Səhiyyənin strategiyası sektorunun müdir müavini vəzifəsinə təyinat alıb.   Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsindən azad edilmişdi. İşdən çıxarıldıqdan sonra isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə vermişdi.

  BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabah yağış yağacaq

Sabah yağış yağacaq