Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək
Azərbaycanda birinci Beynəlxalq Opera Festivalı keçiriləcək.
Gündem.az bildirir ki, sözügedən konsert proqramı Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında aprelin 27-dən mayın 3-dək baş tutacaq.
Festivalın keçirilməsi təşəbbüsü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın Xalq artisti, pedaqoq Fidan Hacıyevaya məxsusdur.
Qeyd edək ki, biletləri Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) almaq mümkündür.(Sfera.az)
Mənbə: gundem.az