Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, əlavə təyin edilən qatarlar aprelin 20-də saat 09:15-də Bakıdan-Ağstafaya, aprelin 21-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək. BAKU.WSMənbə: baku.ws