Image

İşdən çıxarılan sabiq daxili işlər naziri Sunakı ittiham etdi

Vəzifəsindən uzaqlaşdırılan və Böyük Britaniyada nifrət ifadələri, mühacirlərə qarşı düşmənçilik və Fələstinlə həmrəylik nümayişlərinə münasibəti ilə tanınan daxili işlər naziri Suella Braverman Baş nazir Rişi Sunakı "ictimaiyyətə xəyanətdə" günahlandırıb.

Gundem.az xəbər verir ki, Braverman Sunakın qeyri-müəyyən, zəif olduğunu və İngiltərənin ehtiyac duyduğu liderlik keyfiyyətlərindən məhrum olduğunu söyləyib. Braverman dünən İngiltərə baş naziri Sunak tərəfindən vəzifəsindən azad edildikdən sonra “X” hesabında paylaşdığı məktubda baş naziri sərt tənqid edib.

Məktubunda Suella Braverman vəzifədə olduğu müddətdə müvəffəqiyyət qazandığını iddia edərək bildirib: “Baxmayaraq ki, siz yayda liderlik yarışında partiya üzvlərinin əksəriyyəti tərəfindən rədd edildiniz. Buna görə də Baş nazir olmaq üçün şəxsi mandatınız olmasa da, əsas siyasət prioritetlərlə bağlı mənə verdiyiniz qəti təminatlara görə sizi (Sunak) dəstəkləməyə razılaşdım”.

Baş nazirin 10 nömrəli ofisinin sözçüsü Bravermanın ittihamları ilə bağlı suala belə cavab verib: “Baş nazir sözlərə deyil, hərəkətlərə inanır”.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Bakıda evdə meyit tapıldı

Xəzərdə zəlzələ olub