Image

Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Qəbələ rayonunun bəzi ərazilərində noyabrın 19-da təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq, Zaqatala Regional Qaz İstismarı İdarəsi bildirib.

Qazın verilişi saat 09:30-dan işlər başa çatanadək dayandırılacaq.

Məhdudiyyət Yeni qəsəbə, Şəhriyar, F.Rəhimov, A.Səhhət, Z.Əliyeva, Nəsimi, Natəvan, A.Bakıxanov, S.Vurğun, V.Qəhrəmanov, Musabəyova, Nizami, Haqverdiyev, P.Həşimov, İ.B.Qutqaşınlı, Q.Həmidov, İ.Qayıbov, Şirvani, M.F.Axundov və M.Ə.Sabir küçələrini, həmçinin Heydər Əliyev prospektini əhatə edəcək

Mənbə: anews.az

Xəbər lenti