Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Ceyhun Əsədov Mil-Muğan Regional Təhsil İdarəsinin İnzibati-təşkilat sektorunun müdiri təyin edilib.
Əsədov 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya müəllimliyi ixtisasını bitirib.
O, yeni təyinatadək Saatlı rayonunun Qara Nuru kəndində Rasim Səfərov adına tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, daha sonra Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunda aparıcı məsləhətçi işləyib.
Mənbə: anews.az