Aprelin 1-dən nələr dəyişir? - Maaş və müavinətlərlə bağlı YENİ XƏBƏR
"Əmək qanunvericiliyində nəzərdə tutulan yeniliklər mərhələli şəkildə tətbiq ediləcək. Bəzi mexanizmlərin gələn il aprelin 1-dən, digərlərinin isə sonrakı mərhələlərdə qüvvəyə minməsi gözlənilir".
BAKU.WS xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov əmək qanunvericiliyində planlaşdırılan yenilikləri şərh edərkən məlumat verib.
Onun sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliklər minimum əməkhaqqına ildə azı bir dəfə baxılmasını nəzərdə tutur:
"Bu baxımdan, 2027-ci ilin əvvəlində minimum əməkhaqqının artırılması gözlənilir. Gələn il pensiyaların indeksləşdirilməsi və sosial müavinətlərin artırılması istiqamətində də dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. Pensiya artımlarının ilin əvvəlindən hesablanması, müvafiq qərarın isə sonrakı aylarda rəsmiləşdirilməsi gözlənilir.
Sosial ödənişlər üzrə də yeni artımlar planlaşdırılır. Belə ki, uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1 500 manata, uşağa üç yaşınadək qulluğa görə ödənişin isə müəyyən kateqoriyalar üzrə üç dəfə artırılaraq 100 manata çatdırılması nəzərdə tutulur".
Orxan Hüseyn
Mənbə: baku.ws