Image

Azərbaycan nümayəndə heyəti MDB PA-nın iclasında iştirak etmək üçün Türkmənistana gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Şura və 61-ci plenar iclaslarında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Nümayəndə heyətini Türkmənbaşı beynəlxalq hava limanında Türkmənistan Məclisinin komitə sədri Bayramgözəl Muradova, MDB PA-nın Baş katibi Dmitri Kobitski və Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov qarşılayıblar

Mənbə: anews.az

Xəbər lenti