Image

Azərbaycan cüdoçusu Tokio Böyük Dəbilqənin bürünc medalını qazanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokio Böyük Dəbilqənin bürünc medalını qazanıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci yarış günü kişilər arasında -100 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Kotsoyev üçüncü yer uğrunda mübarizədə İtaliya təmsilçisi Qennaro Pirelli üzərində qələbə qazanaraq bürünc medal əldə edib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb