Bu günə qədər neçə tələbəyə təhsil krediti verilib? - STATİSTİKA
Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Təhsil Tələbə Krediti Fondundan Gundem.az-a verilən məlumata görə, indiyədək 45 min 134 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 34 min 783-ü rəsmiləşdirilib. Kredit alan tələbələrin 20 min 646-sı qadın, 14 min 137-si kişidir. (Sfera.az)

Mənbə: gundem.az