Image

Bakıda it dişləyən azyaşlı qızın SON VƏZİYYƏTİ AÇIQLANIB - FOTO

Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. İt dişləməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2013-cü il təvəllüdlü şəxsin vəziyyəti stabildir.

Bunu BAKU.WS-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.

O, bildirib ki, azyaşlının müalicələri davam etdirilir.

Yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.

Banu Hüseynli BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq