Image

Bakıda körpünün üzərində çökmə yaranıb - VİDEO

Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub.

Bu barədə BAKU.WS-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir”, - Mərkəz diqqətə çatdırıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti