Image

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin mətbuat konfransı keçirilir - YENİLƏNİR + FOTO/CANLI YAYIM

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransı keçirir.

Konfrans Xarici İşlər Nazirliyinin inzibati binasında təşkil edilib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarını salamlayıb və Hakan Fidanın ölkəmizə artıq üçüncü səfəri olduğunu diqqətə çatdırıb.

***15:03

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib.

Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan-Türkiyə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə olunub.

Hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.

***13:50

Bakıda Azırbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidanın təkbətək görüşü başlayıb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd edək ki, nazirlər Dekabrın 14-də Bakıda görüşüblər.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu