Image

"Bakcell" abunəçilərinin DİQQƏTİNƏ! - Bu xidmətə görə balansınızdan artıq...

Son zamanlar “Bakcell” və “Nar” mobil operatorları bir sıra artımlara imza atır. Ehtiyac duyulan abunəliklərin ödəniş haqlarının birdən-birə qalxması isə vətəndaşların da narazılığına səbəb olur.

Gundem.az bildirir ki, bu dəfə “Bakcell” oxşar addım atıb. Belə ki, mobil operatorun “Sənə zəng etmişdim” xidmətinin aylıq abunə haqqı artıq 10 qəpik deyil, 59 qəpik olacaq. Sözügedən qərar isə 23.08.2024 tarixindən icra ediləcək.

Həmçinin qeyd edilən xidməti deaktiv etmək də mümkündür. Abunəçiliyi ləğv etmək istəyən “Bakcell” istifadəçiləri *159#550#YES  kodunu yığmalıdırlar. 

Artıq yeniliklə bağlı abunəçilərə sms vasitəsilə xəbərdarlıq göndərilib, lakin əksəriyyət mobil operatorun son zamanlar tətbiq etdiyi artımlardan narazıdır.

Qeyd edək ki, “Sənə zəng etmişdim” telefonunuz söndürülmüş və ya əhatə dairəsi xaricində olan zaman, sizə kimin zəng etdiyini bilməyə imkan verən xidmətdir.  (Sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti