Təyyarəmiz bu istiqamətdə yanğınlara cəlb edildi - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Gundem.az xəbər verir ki, ötən gün ərzində təyyarə Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Mənbə: gundem.az