İlqar Mikayıloğlunun verilişində dəyişiklik
Aparıcı İlqar Mikayıloğlunun "Günə bax" verilişində dəyişiklik edilib.
Gundem.az xəbər verir ki, aparıcı bu gün tamaşaçıların qarşısına həyat yoldaşı Zülfiyyə Bayramova ilə birlikdə çıxıb. O qeyd edib ki, hər həftənin cümə axşamı proqramı xanımı ilə birlikdə aparacaq.
Cütlük birlikdə kişi və qadınlara aid mövzuları müzakirə edəcəklər.
Qeyd edək ki, İlqar Mikayıloğlunun verilişi ARB TV-də yayımlanır.
Mənbə: gundem.az