Image

Türkiyənin vitse-prezidenti: "Ermənilərin basdırdığı minalar hələ də böyük təhlükə törədir"

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ermənilərin basdırdığı minaların hələ də böyük təhlükə törətdiyini bildirib.

Gundem.az  xəbər verir ki, o, bu fikri dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən səsləndirib.

Türkiyənin vitse-prezidenti tarixi qələbə və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə bir daha təbriklərini çatdırıb, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığını vurğulayıb. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidənqurma işlərinə mane olduğu bildirilib.

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq