Müəllim internetdə məşhurlaşmaq üçün məktəbə İLAN GƏTİRDİ - FOTO
Hindistanda ibtidai sinif müəllimi sosial şəbəkədə populyarlıq naminə sinifə 1.5 metrlik ilan gətirib.
Gundem.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Uttar-Pradeşdən olan Nişu adlı qadın video çəkib internetə yerləşdirmək üçün ilanla məktəbə gəlib. Bu yolla o, çoxlu baxış qazanacağına ümid edib. Nişu ilanı boynuna keçirib. Sonra uşaqlardan da eyni şeyi etmələrini istəyib və fotoşəkillərini çəkib.
Sürünənin zəhərli olub-olmadığı hələlik məlum deyil.
Səlahiyyətlilər ilanın fotolarından birini internetdə aşkar etdikdən sonra Nişunun hərəkətlərindən ciddi şəkildə narahat olublar. Müəllim uşaqlara təhlükəli sürünənlə yaxınlaşmağa niyə icazə verdiyini öyrənmək üçün sorğu-sual edilir.

Mənbə: gundem.az