Meyitxanada şok hadisə - Öldü bilinən kişi ayılıb siqaret istədi
Nigeriyada yol qəzası nəticəsində öldüyü bildirilən motosikletçi meyitxanada gözlənilmədən ayılıb. Kişinin özünə gəldikdən sonra ilk istəyinin siqaret və alışqan olması ətrafdakıları heyrətə gətirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Pulse.ng" nəşri məlumat yayıb.
Adı açıqlanmayan kişi motosikletlə hərəkət edərkən qəzaya düşüb. Hadisədən sonra onun öldüyü güman edilib və meyiti meyitxanaya aparılıb.
Lakin bir neçə saat sonra kişi qəfil özünə gəlib və ayağa qalxıb. Şahidlərin sözlərinə görə, o, ayıldıqdan sonra ətrafdakılardan siqaret və alışqan istəyib.
Baş verənlər ətrafdakıları şoka salıb. Hadisə şahidlərindən biri kişiyə yaşadığı hadisədən sonra mütləq tibbi müayinədən keçməyi tövsiyə edib.
Kişinin kimliyi və hazırkı sağlamlıq vəziyyəti barədə əlavə məlumat verilməyib.
Mənbə: baku.ws