Image

Yadplanetlilər həqiqətən Yerə gəlib?

SETI layihəsinin (red: Search for Extraterrestrial Intelligence - Azərbaycan dilində "Yerdənkənar ağıllı həyatın axtarışı) baş astronomu Set Şostak UNO-lar və yadplanetlilərlə bağlı yayılan iddialara münasibət bildirib. Alimin sözlərinə görə, insanların səmada gördükləri naməlum obyektləri yadplanetlilərlə əlaqələndirməsində media və filmlərin böyük təsiri var.

BAKU.WS xəbər verir ki, bu barədə "Starlust" nəşri məlumat yayıb.

1991-ci ildən bəri SETI layihəsində çalışan, 2014-cü ildən isə SETI Tədqiqatlar Mərkəzinə rəhbərlik edən astronom Set Şostak yadplanetlilərlə bağlı hökumətlərin məlumatları gizlətdiyi barədə iddiaların əsassız olduğunu bildirib.

Onun sözlərinə görə, xüsusilə ABŞ-də insanların bir qismi hökumətin yadplanetlilərin mövcudluğu barədə məlumatlı olduğuna, lakin bunu ictimaiyyətdən gizlətdiyinə inanır.

Şostak hesab edir ki, UNO-lar ətrafında yaranan ajiotajın əsas səbəblərindən biri insanların səmada gördükləri obyektləri düzgün izah edə bilməməsi, digəri isə medianın və kino sənayesinin təsiridir.

Astronomun fikrincə, insanlar tanımadıqları və izah edə bilmədikləri bir obyekt gördükdə dərhal onun yadplanetlilərə aid olduğunu düşünə bilirlər. Buna isə onların televiziya və filmlərdə yadplanetlilərlə bağlı çoxsaylı görüntülərlə qarşılaşması təsir edir.

Şostak, həmçinin yadplanetlilərin Yerə səfər etməsi ilə bağlı məlumatların dövlət qurumları tərəfindən uzun müddət gizli saxlanıla biləcəyinə şübhə ilə yanaşır. O hesab edir ki, belə bir hadisə baş versəydi, məlumatlar qısa müddətdə mediaya sızar və ictimaiyyətə məlum olardı.

Bununla belə, SETI astronomu kainatda Yer kürəsindən kənarda ağıllı həyatın mövcud olduğuna inandığını da vurğulayıb.

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb