Tərtərdə avtomobil ağaca çırpılıb - Ölən var
Tərtər rayonunda "Ford" markalı avtomobil ağaca çırpılıb, ölən var.
Gundem.az-ın məlumatına görə, qəza zamanı avtomobilin sürücüsü Bərdə şəhər sakini, 1992-ci il təvəllüdlü Munasib Asif oğlu Abidov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az