Novxanıda mənzildən meyit tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Abşeron rayonunun Novxanı kəndində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Gundem.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Mənbə: gundem.az