Image

AMOR Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil edib - FOTO

Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Moskvada tədbir təşkil edib.   BAKU.WS report-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   Tədbirdə çıxış edən AMOR-un sədri Ceyhun Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə bütün Rusiya gəncləri adından təbrik edib: “Azərbaycan xalqının firavanlığı naminə möhtərəm Prezidentimizə möhkəm cansağlığı, uzun ömür arzulayıram”.   C.Hüseynov AMOR-un 14 il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başladığını da xatırladıb: "Son bir il ərzində biz çoxsaylı tədbirlər keçirmişik. Gələn il bizi daha maraqlı tədbirlər gözləyir".   O, həmvətənlərini fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində səsvermədə fəal iştirak etməyə çağırıb: “Biz ilk növbədə fevralın 7-də Azərbaycan səfirliyinə gedib seçimimizi etməliyik”.   Tədbir gənc istedadların çıxışları ilə müşayiət olunub. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ABŞ-da zəlzələ olub

Azərbaycan nefti bahalaşıb