Image

Dekabrın 27-si ilə bağlı XƏBƏRDARLIQ

Günəş küləyi sürətinin 24 dekabrda baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir.

Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən xəbərə görə, 24 dekabrda baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və onun dekabrın 27-də Yerə çatacağı gözlənilir.

Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var.Sonra isə geomaqnit sahəsinin sakitləşəcəyi proqnozlaşdırılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ABŞ-da zəlzələ olub

Azərbaycan nefti bahalaşıb