Qatarların sürət həddi endirildi
Azərbaycanda sərnişin və yük qatarlarının sürət həddi endirilib.
Sfera.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, bu qərar Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə verilib. Belə ki, Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.
Mənbə: gundem.az