Image

Salyana yağan qar elektrik verilişində çətinliklər yaradıb

Salyanda qarın yağması elektrik verilişində çətinliklər yaradıb.

"Report"un Aran bürosunun məlumatına görə, səhər saatlarında küləklə müşahidə olunan yağış axşam qara çevrilib. Bəzi yerlərdə qarın hündürlüyü 3-5 santimetrə çatıb.

Sakinlərin sözlərinə görə, küləklə müşahidə olunan qarın yağması bəzi transformatorları işlək vəziyyətindən çıxarıb. Nəticədə rayonun Şorsulu və Sarvan ərazi vahidliklərində enerjinin verilişində fasilələr yaranıb. Şəhər əhalisinin bir hissəsi işıqsız qalıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən transformatorları yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində işlər aparılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Gürcüstanda zəlzələ olub