Image

İki marşrutun hərəkəti müvəqqəti dəyişdirilib

Binəqədi rayonunda baş verən partlayışla əlaqədar iki marşrutun hərəkəti müvəqqəti dəyişdirilib.

BAKU.WS-in Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib. Hadisə nəticəsində ölən və xəsarət alanlar olub.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Gürcüstanda zəlzələ olub