Image

Nazir müavini: "Müharibə veteranlarının müavinətinin artırılması müzakirə oluna bilər"

Azərbaycanda müharibə veteranlarına verilən aylıq müavinətin məbləğinin artırılması müzakirə oluna bilər.

Gundem.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, müharibə veteranları üçün aylıq 80 manat müavinət təyin edilib: "Həmin təbəqə üçün müəyyən edilmiş proqram çərcivəsində növbəti mərhələlərdə bu məbləğin artırılması müzakirə oluna bilər".

Nazir müavini deyib ki, hazırda qazilərin işlə təmin olunması istiqamətində addımlar atılır.

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Gürcüstanda zəlzələ olub