Image

Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir - YENİLƏNİB - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə görüşüb.   BAKU.WS xəbər verir ki, bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.   “Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə qlobal çağırışlara adekvat həlləri təmin edən standartların tətbiqi, ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin dəstəklənməsi üzrə təşəbbüslər,   Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində əməkdaşlıq və beynəlxalq standartlar ictimaiyyəti üçün etibarlı proqramın hazırlanması üzrə tərəfdaş təşkilatlarla işbirliyi barədə müzakirələr apardıq”, - iqtisadiyyat naziri bildirib.

 *** 09:07 “Davos İqtisadi Forumu çərçivəsində “Japan Tobacco International” şirkətinin prezidenti və baş icraçı direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşdə şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığı barədə danışdıq”.    BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.   Bildirilib ki, görüşdə Azərbaycanın COP29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Gürcüstanda zəlzələ olub