Mikayıl Cabbarov “TikTok” şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “TikTok” şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüşüb. BAKU.WS xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib. Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, “TikTok Startap Akademiyası”nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. BAKU.WSMənbə: baku.ws