Uzun müddət davam edən baş ağrılarının səbəbi BU OLA BİLƏR - "İnsanların çoxu..."
Uzun müddət davam edən baş ağrılarının səbəbi beyin şişləri ola bilir. İnsanların çoxu bu xəstəliyin əlamətini daşıdıqlarından xəbərsiz olurlar.
Bəs beyin şişi nədir və ona qarşı hansı müalicə üsullarından istifadə etmək olar?
Mövzu ilə bağlı Gundem.az-danışan həkim Vüqar Mirzəliyev bildirib ki, beyin şişləri kəllə çevrəsi xaricindəki toxumalara sıçrayıb böyüyən şişdir.
“Bugünə qədər beyin şişinin dəqiq yaranma səbəbi tapılmayıb. Son 10 ildə radiasiya yükünün və genetik zədələnmələrin sayı artdığı üçün beyin xərçənginin də sayı artıb. Güclü baş ağrıları, qusma halları, basqı hissi, qıcolmalar, boyun limfalarında şişkinlik beyin şişlərinin əlamətləridir. Hazırda beyin şişlərinin müalicəsi üçün, əməliyyat, radiasiya-şüa və dərman üsullarından geniş istifadə olunur”.
Həkim bildirib ki, beyin şişlərinə qarşı ən effektivi stereotaktiki radiocərrahiyə üsuludur. Bu üsulla şişə yönəlmiş radiasiya verilir. Gen terapiyası, yəni virusla yüklənən xüsusi gen şişin içinə inteksiya ilə yeridilir və bu virus xərçəng hüceyrələrini öldürür. Bu metodların proqnozu şişin ölçüsünə görə təyin edilir. Beyin şişinə tez diaqnoz qoyularsa, kiçikölçülü olduğu üçün onu tamamilə götürmək mümkündür. Ultrasəs müəyinəsi ilə şişin yeri, həcmi müəyyənləşdirilir. Radiocərrahiyə və radioterapiya üsulunda şiş hüceyrələrini məhv etmək üçün X işıqları kimi yüksək istilikli enerjidən istifadə olunur. Radioterapiya zamanı radiasiya şüaları yalnız şişə təsir edir. Ətraf toxumalara heç bir ziyan vermir”.
Həkimin sözlərinə görə beyin şişinin müalicəsində kimyaterapiya üsulundanda geniş istifadə olunur: “Hazırda kimyaterapiyanın daha az yan təsiri olan saçları tökməyən növləri də var". (Sfera.az)
Mənbə: gundem.az