"Sehirli xalat"ın "Rəşid"i vəfat etdi
Sehrli xalat” filmində baş rolun ifaçısı Azər Qurbanov 69 yaşında vəfat edib. Gundem.az xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbuk hesabında məlumat yayıb. O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl onkoloji xəstəlikdən Amerika Birləşmiş Ştatlarında (ABŞ) həyatını itirib. Qeyd edək ki, Azər Qurbanov 1955-ci ildə Balakəndə anadan olub. O, sözügedən filmdə Rəşid obrazını canlandırıb. “Odessa” kinostudiyasının istehsalı olan “Göy quş”, “Hakim”, “Xarici qadın”, “Külək” filmlərində çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.
Mənbə: gundem.az