"Şamaxinka"dakı piyada keçidi istifadəyə verildi - FOTO
Bu gün Prezident İlham Əliyev Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində - “Şamaxinka” adlanan ərazidə tikilən yerüstü piyada keçidinin açılışında iştirak edib.
BAKU.WS xəbər verir ki, bununla da yerüstü piyada keçidi istifadəyə verilib.
Hündürlüyü 5 metrdən artıq olan piyada keçidinin uzunluğu 130, eni 3 metrdir. Keçidin 3 giriş-çıxışı var.
Keçiddə xüsusi liftlər quraşdırılıb ki, bu da yaşlı və əlillərin, o cümlədən uşaq arabası ilə olanların rahat şəkildə istifadəsini təmin edəcək.
Qalereya

























Mənbə: baku.ws