Image

Əkbər Hacıyev vəzifədən azad edildi – "Azəriqaz"a yeni direktor təyin edildi - RƏSMİ

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik olub.Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat daxil olub. Məlumata görə, SOCAR prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar:“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi,“Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri,Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi,Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb

Bakıda evdə meyit tapıldı

Xəzərdə zəlzələ olub