Bakının mərkəzində yanan restoranla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xəqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.
Restoran yanğından mühafizə olunub.
***11:52
Paytaxtın mərkəzində yanğın hadisəsi qeydə alınıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın Səbail rayonu, Xəqani küçəsində başlayıb.
Ətraflı məlumat veriləcək.
Sözügedən videonu təqdim edirik:
Banu Hüseynli BAKU.WSMənbə: baku.ws