İnsanlar üçün əvəzedilməzdir - Bu vitamini tanıyın
Sovrulan vitaminlər qrupuna aid olan vitamin K çoxunun bilmədiyi vitamindir. O, nazik bağırsaqda sovrulur, qaraciyərdə toplanır.
BAKU.WS “medicina.az”a istinadən xəbər verir ki, orqanizm üçün çox vacib olan K vitamini 3 səbəbdən insanda çatışmaya bilər:
-Qidada çatışmamazlıq-Bağırsaqda sovrulmasının pozulması-Qaracyər xəstəlikləri
Kimlər risk altındadır?
-Çox antibiotik və sulfanilamid preparatları qəbul etdikdə-Öd yollarının durğunluğu, bağırsağa kifayət qədər öd şirəsi daxil olmadıqda-Çoxlu miqdarda mineral yağ istifadə etdikdə, məsələn Vazelin
-Hepatit, sirroz-Yeni doğulmuşlarda 3-5 günə kimi bağırsaq hələ bu vitamini sovurmadığından körpələrdə hemorragik sindrom baş verir.-Zərərli və zəif qidalanma
Vitamin K-nın orqanizmdə rolu:
-Qanın sovrulmasını təmin edir-Açıq yaraların üzərində qanla müdafiə qatının yaranması-Dəri altına kapilyarlardan qanın partlayıb yayılmasının qarşısını alır-Sümük və daxili orqanların toxumasını təşkil edir
-Qan damarlarının funksiyası-Mədə-bağırsağın peristaltikası-Kalsiumun mənimsənilməsi-Reproduktiv orqanlar üçün
-İnsanı onkoloji xəstəliklərdən qoruyur-Orqanizmi qocalıqdan qoruyur
Əsas simptomlar:
-Hemorragik sindrom - burun, mədə-bağırsaq qanaxmaları, damaqda qanaxma, dərialtı qan sızma ən əsas simptomdur
- Ağız, ağız ətrafı və dırnaqlarda qabıqlanma, quruma, soyulma müşahidə olunur
-Yenidoğulmuşlarda onlar yalnız ana südü ilə qidalandığından, süddə K vitamin az olduğundan, kəllədaxili qansızma ola bilər
Sutkalıq dozası insanın hər 1 kq çəkisi üçün 1 mkq-dır.
Müalicəsi:
-Kəskin çatışmazlıqda venadaxili inyeksiyalar təyin olunur, dərmanlar qəbul edilir
-Dieta - K vitamini ilə zəngin gül kələmi, ispanaq, salat, kabak, mal qaraciyəri və s. qidalar çoxaldılır
Evdə vitamin K dozasını normaya salmaq üçün bunları edin:
Yaşıl çay içmək - hər gün 2 fincan təmiz, dəmləmə yaşıl çaydan için
Yaşıl çayda sutkalıq K vitamini var.
İspanaq - bu vitaminlə ikinci zəngin qidadır. İspanaqdan kokteyl düzəldə bilərsiz.
Baş soğan - təzəsini yeyin
Meyvələrdən - kivi, kök, armud, üzüm, almada var.
K vitamini əsklikliyində soya və zeytun yağı bol istifadə edin.
BAKU.WSMənbə: baku.ws