Hakimi vuran türkiyəli klub prezidenti: "Nə etdiyimi xatırlamıram"
Türkiyə Superliqasının XV turunun "Rizəspor"la ev matçından sonra baş hakim Halil Umut Meleri vuran "Ankaragücü"nün prezidenti Faruk Koca açıqlama verib.
Gundem.az-ın məlumatına görə, 59 yaşlı funksioner məsələ ilə bağlı "Beyaz TV"yə danışıb.
O, əsəblərini cilovlaya bilmədiyini söyləyib: "Gözüm qaraldı. Nə etdiyimi xatırlamıram".
Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.
Mənbə: gundem.az