Image

Zakir Həsənov Türkiyəyə getdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.  

Gundem.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  

Səfər çərçivəsində Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib