Bu şəhərin icra başçısı vəzifəsindən azad olundu
Prezident İlham Əliyev M.M.Seyidovun Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Gundem.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Mənbə: gundem.az