Image

Məhkumlar hansı hallarda məzuniyyətə buraxılır?

Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkumların hansı hallarda məzuniyyətə buraxılmasına aydınlıq gətirib.

Gundem.az axar.az-a istinadən bildirir ki, xidmətin rəis müavini Oqtay Məmmədov jurnalistlərə açıqlamasında qanunvericilikdə az ağır, ehtiyatsızlıqdan cinayət törədən və böyük ictimai təhlükə törətməyən məhkumların məzuniyyətə göndərildiyini bildirib.

Onun sözlərinə görə, müəssisə hüdudlarından kənara 7 gün müddətində rejim qaydalarını pozmayan, cəzalarını yarıya kimi çəkən məhkumlar buraxılır.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Bakıda evdə meyit tapıldı

Xəzərdə zəlzələ olub

Sabah 41 dərəcə isti olacaq