Image

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına başlanılıb

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən onlara təqdim olunan 1 illik fərdi inkişaf planının icrasına başlayıblar.

BAKU.WS report-a istinadən xəbər verir ki, müsabiqənin İşçi Qrupu mentorlar və qaliblərin bölgüsünü müəyyənləşdirib.

Müsabiqənin şərtlərinə əsasən, 22 qalibin hər biri 1 illik mentorluq proqramı çərçivəsində müvafiq idarəçi rəhbərlər tərəfindən təcrübələrə cəlb olunacaq. Hər bir qalib ümumilikdə iki idarəçi rəhbərin mentorluq təcrübəsindən yararlanacaq.

Mentorluq proqramının bölgüsü aşağıdakı kimidir:

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin HüseynovQaliblər: Sübhan Əsgərzadə, Tural Abdullazadə

İqtisadiyyat naziri Mikayıl CabbarovQaliblər: Fərid İsayev, Əsəd Qurbanzadə

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil BabayevQaliblər: İlahə Baxışova Tahirli, Toğrul Ələkbərov

Elm və təhsil naziri Emin ƏmrullayevQaliblər: Rəsul Həşimov, İlahə Baxışova Tahirli

Gənclər və idman naziri Fərid QayıbovQaliblər: Rəsul Həşimov, Bayram Orucov, Səkinə Vəliyeva

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad NəbiyevQaliblər: Şahin Mahmudzadə, Azad Qəribov

Mədəniyyət naziri Adil KərimliQaliblər: Toğrul Ələkbərov, Tural Abdullazadə

Kənd təsərrüfatı naziri Məcnun MəmmədovQaliblər: Faiq Hüseynov, Vüqar Mamedov

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal HüseynovQalib: Emil Bəşirov

SOCAR-ın prezidenti Rövşən NəcəfQaliblər: Emil Bəşirov, Fərid İsayev

“Pasha Holding”in Baş icraçı direktoru Cəlal QasımovQaliblər: Elvin Əlizadə, Ülviyyə Mehralıyeva

“AzerGold” QSC-nin sədri Zakir İbrahimovQalib: Vüqar Mamedov

ADA Universitetinin rektoru Hafiz PaşayevQaliblər: Bayram Orucov, Toğrul İslam

Mərkəzi Bankının sədri Taleh KazımovQaliblər: İbrahim Məmmədzadə, Fərahim Hacıyev

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan ƏlixanovQaliblər: Şahin Mahmudzadə, Mirzə Ələkbər Babayev

Energetika naziri Pərviz ŞahbazovQalib: Elvin Əlizadə

Ekologiya və təbii sərvətlər naziri Muxtar BabayevQalib: Əsəd Qurbanzadə

DİM Direktorlar Şurasının sədri Məleykə AbbaszadəQaliblər: Şamxal Cəmilzadə, Səkinə Vəliyeva

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad MuradovQaliblər: Mirzə Ələkbər Babayev

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi MehdiyevQalib: Xanım Daşdəmirova

Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman HacıyevQalib: Azad Qəribov

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin SeyidzadəQaliblər: Şamxal Cəmilzadə, Ülviyyə Mehralıyeva

Vəkillər Kollegiyasının sədri Anar BağırovQaliblər: İbrahim Məmmədzadə

KOBİA İdarə Heyətinin sədri Orxan MəmmədovQalib: Faiq Hüseynov

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən MəmmədovQalib: Toğrul İslam

BP-nin vitse-prezidenti Bəxtiyar AslanbəyliQaliblər: Xanım Daşdəmirova, Sübhan Əsgərzadə

“PashaBank”ın İdarə Heyətinin sədri Cavid QuliyevQalib: Fərahim Hacıyev

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində pul mükafatı əldə edir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb