Ağdamın məşhur çay evi yenidən inşa olunacaq
Prezident İlham Əliyevin dekabrın 24-də təməlini qoyduğu Ağdam şəhər Mərkəzi parkının ümumi ərazisi 5,5 hektar olacaq.
Gundem.az xəbər verir verir ki, "Report" un Ağdama ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.
"Bunun 70 %-ni yaşıllıqlar, 25 %-ni səki və meydançalar, 5 %-ni isə tikililər təşkil edəcək. Parkın ərazisi 4 zonaya bölünüb. Bunlar, şəhər mərkəzi, botanika bağı, çəmənliklər və meşəliklərdir. Burada inzibati binanın, mobil tipli köşklərin, restoranın, uşaq əyləncə mərkəzinin, məşhur Ağdam Çay Evinin inşası nəzərdə tutulub”, - deyə o qeyd edib.
Mənbə: gundem.az