Image

Beyin ölümü keçirən şəxsin orqanları 6 xəstəyə həyat verdi

Bursada beyni ölümü keçirən şəxsin bağışlanan orqanları 6 xəstəyə köçürülüb.

Gundem.az xəbər verir ki, 55 yaşlı Tuncay Türkanın dekabrın 15-də Osmangazi rayonundakı evində səhhəti qəfil pisləşib və Çekirge Dövlət Xəstəxanasına aparılıb.

Müayinələr nəticəsində beyinə gedən damarlardan birinin tutulduğu və Türkanın beyin ölümü keçirdiyi müəyyən edilib.

Yaxınları onun orqanlarını ehtiyacı olanlara bağşlayıblar. Nəticədə qaraciyər, böyrək, buynuzlu qişa və ürək qapaqları 6 xəstəyə həyat verib.

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb